loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet

teqlər

avtomobil ,avtonom ,Waymo
alt

Waymo avtonom avtomobilləri gün ərzidə 40 min kilometr qət edir

Hazırda Alphabet komandasına aid, əvvəllər isə Google şirkətinin özüidarəolunan avtomobil layihəsi olan Waymo xəbər verir ki, onların maşınları avtonomiya funksiyasından istifadə edərək ictimai yollarda 8 mln. mildən çox (təqribən 12 mln. kilometr) yol getmişlər. Noyabr ayında isə bu rəqəm 4 mln. mil olmuşdur ki, bu da cəmi 8 ayda gedilmiş məsafənin iki dəfə artması deməkdir.

Şirkətinin rəhbəri Con Krafçik Waymo parkındakı avtomobillərin hər gün 40 min kilometrdən çox yol getdiyini bildirmişdir. Buraya 25 şəhərdə fəaliyyət göstərən 600 Chrysler Pacifica Hybrid avtomobili daxildir.  Bundan əlavə, bu avtomobillər şirkətin son doqquz il ərzində yaratdığı süni intellekt tərəfindən hazırlanmış virtual mühitdə təcrübə keçərək maşını insandan da yaxşı idarə etməyi öyrənmişlər. Bu isə sutka ərzində yollarda olan 25000 virtual maşına bərabərdir.

Bunları nəzərə alaraq Waymo şirkəti bu ilin sonuna kommersiya nəqliyyat xidmətini işə salmağa yaxın olacaqdır. Artıq Feniks şəhərinin 400-dən çox sakini Waymo texnologiyasını Chrysler Pacifica Hybrid mikroavtobuslarının köməyilə sınaqdan keçirmişlər.