loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

Üzlərin tanınması sistemi ilk dəfə olaraq Tokio Olimpiya oyunlarında tətbiq ediləcək

Dünyada ən iri elektron, kompyuter və telekommunikasiya texnikası istehsal edən Yaponiyanın NEC firması ilk dəfə olaraq 2020 ildə Tokioda keçiriləcək yay və paralimpiya oyunlarında insan üzlərini tanıya biləcək sistemin yaradılmasını elan edib.  Bu sistemin oyunların təşkilində və onun yayımlanmasında iştirak edəcək 300 000 insanın identifikasıya edilməsi üçün tətbiq edilməsi gözlənilir. Olimpiya oyunlarında belə bir texnologiyanın istifadəsi ilk dəfə baş tutacaqdır.

NEC şirkətinin üz cizgilərini tanıma sistemi Bio-Idiom biometrik autentifikasiya kompleksinin özəyini təşkil edən NeoFace texnologiyasının köməyilə yaradılmışdır. Bu texnologiya sayəsində insan səsi, əl izi, göz qişası kimi əlamətlərə görə tanıma mümkün olduğu halda Olimpiya oyunlarında yalnız üz cizgilərinin identifikasiyası qabiliyyətindən istifadə ediləcəkdir. Sistem, həm insan simalarını tanımaqla, həm də xüsusi qurğunun kameriasına yaxınlaşdırılan çipli buraxılış kartlarının oxunması vasitəsilə tətbiq ediləcəkdir. NEC tərəfindən bildirilir ki, bu yenilik ABŞ Milli standartlar və texnologiyalar institutunun rəyinə əsasən yaradılmışdır.