loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

Artıq çəki yanlış şəhərsalma üslubu ilə əlaqələndirilidi

Dünyada bir çox insanlar artıq çəkidən əziyyət çəkirlər. Artıq kiloqramların yaranmasının da bir çox səbəbləri vardır. Lakin bu problemin həllinə cəlb edilmiş süni intellekt (Sİ), normadan artıq qidalanma və ya maddələr mübadiləsinin pozulmasını deyil, şəhər məhəllələrinin salınmasındakı yanlışlığı əsas faktor olaraq göstərmişdir.

Science jurnalının verdiyi məlumata görə, bir qrup amerikan tədqiqatçısı süni intellekti artıq çəkidən daha çox əziyyət çəkən sakinlərin yaşadığı rayonları müəyyən etməyi öyrətmişlər. Və süni intellekt Google Maps xidmətinin 150 000 fotoşəklini analiz edərək artıq çəkidən əziyyət çəkənlərin rayonsalma xüsusiyyətləri və urbanistikadakı (şəhər sistemlərinin inkişafı haqqında elm) xətaları arasında asılılığını əlaqəldirmişdir.

Məsələnin həllinə 2 neyron şəbəkə cəlb edilmişdir. Onlardan birincisi, məskunlaşma məhəllələrinin özəlliklərini müəyyən edərək onlara xas elementləri mevafiq rənglə rəngləmişdir: ağaclar – yaşıl, yollar – boz, yaşağış evləri və sair tikililər isə qırmız. İkinci neyroşəbəkə isə “rənglənmiş” rayonların strukturu ilə bu ərazilərdə yaşayan sakinlərin piylənmə göstəriciləri arasındakı əlaqəni aşkara çıxarmışdır. Analiz edilənlərə ABŞ-ın Los-Anceles, Memfis, San-Antonio və Sietl şəhərləri daxil olmuşur.

Məs. Memfis şəhərində yüksək yaşıllılıq olan ərazilər (yuxarıdakı foto) artıq çəkisi az olan sakinlərin olduğu yerlərə təsadüf edir, əksinə olan göstərici isə daha az olan sahələrdə (aşağədakı şəkil) müşahidə edilir.

Bununla belə, bu elmi araşdırmanın müəllifləri belə hesab edirlər ki, əldə edilmiş nəticələr biznes nümayəndələrinə özlərinin sağlam ərzaq məhuslları təklif edən mağazalarının infrastrukturunu daha səmərəli planlaşdırmağa, məhəllələri salan layihəçilələrə isə yaşıllığın necə və harada salınacağına qabaqcadan qərar verməyə kömək edəcəkdir.

Şərh yaz