loading1
loading2

alt

Səsdən mətnə

Neyron şəbəkələrin öhdəsindən gəldiyi maraqlı bir bacarıq onların insan, heyvan, musiqi və digər səsləri də analaiz edərək qavramasıdır. İnsan müdaxiləsi olmadan səsləri əvvəlcədən hesablanmış nümunələrlə qarşılaşdıraraq onların növünü müəyyənləşdirmək artıq bir çox sahələrdə tətbiq edilməkdədir. Məlumat bazalarına sorğuların səslə göndərilməsi, elektron cihazların səslə idarə edilməsi, şəxslərin identifikasiya edilməsi və s. funksiyaları buna misaldır.

Layihə çərçivəsində hazırda bu sahədə işlər aparılır, ətraflı məlumat almaq, eləcə də layihəyə qoşulmaq, təklif yürütmək istəyənlər formanı dolduraraq mesajlarını bizə göndərə bilərlər.

Yeni! Neuronet v1.01 versiyalı sınaq mobil proqramı artıq hazırdır, AppStore və GooglePlay resurslarından yükləyib imkanları nəzərdən keçirə, eləcə də onu təkmilləşdirə bilərsiniz.