loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

Süni intellekt quşları onların səsinə görə müəyyən etməyi öyrəndi

Quşların populyasiyası meşələrin qırılması, kənd təsərrüfatı və iqlim dəyişikliyi səbəbindən sürətlə azalır. Alimlər növləri izləyib, səsləri qeyd edirlər, amma hətta ən yaxşı kompüter də bəzi quşların səsini digərlərindən ayırd edə bilməz. Ən azı edə bilmirdi. İndi isə kiçik bir yenilik və böyük bir süni intellekt (Sİ) sayəsində elm adamları bu problemin həllinə aydınlıq gətirməyə nail oldular.

Sİ alqoritmlərinin həssas və eyni zamanda mürəkkəbb olduğunu nəzərə alaraq tez-tez əllə müdaxilə etməklə hər bir yeni məkan və növ üçün düzəlişlər olunmasını və təkrar ixtisaslaşmasını tələb edir. Bu səbəbdən də tədqiqatçılar qrupu Bird Audio Detection adlı proqramı işə salaraq meşələrin yaxınlığındakı müşahidə stansiyalarından, eləcə də Warblr proqram təminatından çoxsaatlı səs yazıları əldə etmişlər.

Tədqiqatçılar 10 saniyəlik yazıları gah quş səsi kimi, gah da qeyr-səs kimi işarələmişlər. Bundan sonra verilmiş bu məlumatlar əsasında neyron şəbəkəni öyrədərək onun səsi təyin etmək bacarığını yoxlamışlar. Tədqiqat prosesinin sonunda alqoritm məhsuldarlığın qiymətləndirilməsi statistikası üzrı 100 xaldan 89-nu toplaya bilmişdir.