loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

Microsoft çat-bota şer yazmağı öyrətdi

Son zamanlar neyron şəbəkələri insanlarla ünsiyyət yaratmağın öhdəsindəm heç də pis gəlmirlər, və maşınla insan arasında qurulan məzmunlu dialoqla artıq bir çoxlarını təəccübləndirmək olmur. Lakin buna baxmayaraq Microsoft Research qrupunun Pekindəki  mütəxəssisləri bir qədər də irəli gedərək çat-bota maraqlı bacarıq öyrətməyə nail olmuşlar: o, verilən təsvirlər əsasənda şer yazmağa qadirdir.

Bot şairə Xiaoice adı verilib və Çinin Weibo mikrobloq xidmətində tətbiq edilir. Əgər əvvəllər bot dialoq apara və şəkilləri tanıya bilirdisə (bu yaxınlarda isə ümumiyyətlə ləngimədən suallara cavab verə bilir), hazırda isə Microsoft şirkəti onu, nə qədər qəribə olsa da, şerləri anlamağı öyrətmişdir. Bu ideyanın reallaşdırılması məqsədilə Xiaoice daxilində iki komponentdən ibarət olan neyro-şəbəkə yaradılmışdır: birinci komponent şəkil və obyektləri tanıyır, sonradan ona poeziya tərtib edir, ikincisi isə tənqidçi rolunda çıxış edir. Əgər ikinci komponent şeri bəyənərsə o, son qərarını təqdim edir. Əks halda o, birinci komponenti bir az da “düşünməyə” və digər variant təklif etməyə məcbur edir, və bu proses “tənqidçini” tam qane edənədək davam edir.