İlk dəfə olaraq insan gözünə daxil edilən nanorobotlar onu müalicə edəcək
Ştutqartdakı Maks Plank adına intellektual sistemlər institutu müxtəlif xəstəlikləri müalicə edə bilən mikrorobotların yaradılmasına daha bir addım yaxınlaşmışlar. Hazırda onlar insan gözünün daxilində sərbəst hərəkət edə bilən miniatür robotları uğurla testdən keçiriblər. Bundan əlavə, onların ölçüsü o qədər kiçikdir ki, öz “fəaliyyətləri” zamanı sıx və yapışqan şüşəyəbənzər cismi heç bir halda zədələmirlər.
Miniatür robotların ölçüsü insan tükündən 200 dəfə nazikdir və bir tərəfdən inert materialdan olan burğu, digər tərəfdən isə eni 500 nanometr olan pərlərlə təchiz olunmuşlar. Bu pərlər öz əsas funksiyaları ilə yanaşı həm də təyin edilmiş sahəyə müxtəlif dərman vasitələrinin çatdırılması rolunu da oynayır. Qanaoxşar axarlı maye mühitində tətbiq oluna bilən bu növdən olan qurğulardan söhbət açarkən qeyd etmək lazımdır ki, belə hallarda dərmanların hədəfli çatdırılma qaydası bir sıra çətinliklərlə bağlıdır. Birincisi – robotun keçməli olduğu məsaməli və sıx göz alması maddəsidir. İkinci isə nanorobotun göz daxilindəki biopolimerlərin kimyəvi xassəsi səbəbilə hərəkət edə bilməməsidir. Üçüncüsü isə oxşar robotlar üçün xarakterik problemdir – robotu idarə etmək lazımdır. Sonuncu problemi ekspertlər maqnit sahəsinə reaksiya verən dəmirəoxşar materialların tətbiq edilməsilə həll etmişlər.