loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet

teqlər

müəllif ,Sony ,ssenari
alt

Film ssenariləri maşınları tərəfindən qiymətləndiriləcəkdir

Belçikanın süni intellekt texnologiyaları ilə məşğul olan ScriptBook şirkətinin təsisçisi Nadira Azermayın fikrincə, əgər Sony Pictures şirkəti ona təklif edilmiş kino ssenarilərini müvafiq mütəxəssislərə deyil, onların yaratdığı süni intellektdə həvalı etsəydi, 2015-2017-ci illər ərzində milyonlarla dollar pula qənaət etmiş olardı.

Film şirkətləri hər hansı bir ssenarini qəbul və ya rədd etməzdən əvvəl bir qayda olaraq əvvəlcə bir neçə amili nəzərə alırlar. Təbii ki, ilk növbədə əsərin maraqlılığı nəzərə alınır. Eyni zamanda layihənin iqtisadi səmərəliliyi də əsasdır – film ona çəkilmiş xərcləri tam ödəməli və yaxşı mənfəət əldə etməlidir. Lakin digər az əhəmiyyəti olmayan amil bu ssenarinin kim tərəfindən yazılmasıdır – bir çox uğurlu layihələrə imza atmış tanınmış müəllifdirmi.

İstənilən halda, son qərarın verilməsində insan faktoru dayanır. Lakin bəzən bu insanlar da səhv edə bilərlər. Bəzən şirkətlərə yüz milyonlarla dollara başa gəlmiş çox böyük filmlər də ona çəkilən xərcləri tam ödəmirlər. Nadira Azermay öz növbəsində əmindir ki, gələcəkdə bu problemlərin qarşısını almaq olar, çünki ssenarilərin təsdiqlənməsi funksiyasını süni intellektə həvalə etmək olar.

O həmçinin qeyd edir ki, elə həmin Sony Pictures-in nümunəsində, onun şirkəti tərəfindən hazırlanmış və 6500-ə yaxın ssenari ilə öyrədilmiş ScriptBook, Sony şirkətinin 32 uğursuz filmindən 22-sini tapmağı bacarmışdır ki, bu da yaxşı predikativ bacarıq hesab oluna bilər.