Depressiyanı söhbətlə təyin edən Sİ
Adətən həkimlər depressiya halının təyin edilməsi üçün pasientlərə öz əhvalları, psixoloji vəziyyətləri, həyat tərzləri və şəxsi həyatları barədə konkret suallar verib, aldıqları cavablar əsasında diaqnoz qoymağa çalışırlar. Masaçussets texnoloji institutunun tədqiqatçıları tərəfindən yaradılmış model, insanlara suallar vermədən onların danışıq tərzi və yazı üslubunu analiz edərək depressiya diaqnozunu qoymağa qadirdir.
Layihənin aparıcı mütəxəssisi Tuki Alxanainin sözlərinə görə, depressiyanın əlamətləri insanın xoşbəxt, həyəcanlı, qəmgin və ya ruh düşgünlüyündə olması halında olmasının pasientlə söhbət əsasənda ilkin nəticələri əldə edilir. Bu sahədə miqyaslanan model yaratmaq üçün verilənlərə tətbiq edilən məhdudiyyətlərin sayını minimuma endirmək lazımdır. Bunun üçün pasientlə adi söhbət aparıb onun əsnasında modelə insanın psixi vəziyyətini təyin etmək şəraiti yaradılmalıdır.
Tədqiqatçılar öz modellərini “mövzusuz” adlandırmışlar, çünki soruşulan suallar və onlara verilmiş cavablar növü üzrə məhdudiyyət yoxdur. Modelin ardıcıllıqlar üsulunu tətbiq edərək, tədqiqatçılar onu adi və depressiyada olan insanlara məxsus mətn və səs informasiyası ilə “doldurmuşlar”. Ardıcıllıqların yığım həcminə əsasən təbii olaraq səslənən bəzi sözlərin, məs. “qəmli” və ya “aşağı” tezliyi qanunauyğunluğu yaranır.
Sınaqlar zamanı model depressiyanın təyin edilməsində 77%-lik göstrəici əldə etmişdir ki, bunun da nəticəsində əvvəlcədən təyin edilmiş sual-cavab prinsipinə əsaslanan mövcud bütün modelləri geridə qoymuşdur.