loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet

teqlər

Çin ,yazıçı
alt

Çində Sİ yazıçısı işə başladı

Gələcək haqqında yazılmış bir çox əsərlərdə süni intellekt və robotlaşmış texnikanın iş yerlərini insanların əlindən almaları barədə söhbət açılır. Və bu proses kiçik miqyaslı olsa da, artıq baş verir. Məsələn, Çin bazarının ən böyük oyunçusu olan Alibaba Qrupu, mətn yazıçısı ola biləcək süni intellekt yaratmışdır.

Süni intellekt Alibaba Qrupunun bir bölməsi olan Alimama tərəfindən yaradılmışdır. Alqoritm dərin maşın öyrənmə texnologiyaları və xüsusi dil emalı alqoritmlərini istifadə edir və bu da müxtəlif İnternet saytları və ticarət şirkətləri üçün malların mətn təsvirlərini yaratmasına imkan verir. Hazırda ticarət şəbəkələrində belə məzmunlu mətnlər yazmaq üçün bir sıra proqram təminatlarının tətbiq olunmasına baxmayaraq, yekun nəticələr idealdan uzaqdır və sözün qeyri-təbii quruluşuna görə “maşın” mətni “insan” mətnindən həmişə fərqləndirilə bilir. Layihəçilərin fikrincə, onların sistemi bu cür mənfi cəhətlərdən məhrumdur:

“Bizim alqoritm milyonlarla mövcud nümunələr əsasında öyrədilmişdir və onun sürəti saniyədə iyirmi min sətirli mətnlər yaratmağa imkan verir. Bu proqram artıq Tmall və Taobao platformalarımızda istifadə olunur. Marka sahibləri və ya reklam verənlər məhsula yalnız keçid təyin edirlər, bundan sonra isə Sİ müxtəlif mətn və izahlar təklif edə bilir. İstifadəçi özü mətnin uzunluğu və stilini seçə bilər. “

Bununla belə, mütəxəssislər, reklamçıların və kopirayterlərin öz iş yerlərini itirməyəcəyini vəd edirlər, çünki Sİ insanları yalnız “düzgün istiqamətləndirir”, yekun mətni isə onlar müstəqil şəkildə tamamlayərlar. Lakin heç kim yalnız hazır “maşın” variantını tətbiq etməyi qadağan etmir. Odur ki, bu sahədə Sİ və insan arasındakı rəqabət mövqeyi hələ də açıq qalmaqdadır.