loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

Google müştəri xidmətini təklif edən süni intellekt təqdim edib

Deyəsən Google şirkəti sonuncu I/O tədbirində insan səsini imitasiya etdirən süni intellekti (Sİ) təqdim etməklə bir çoxlarını qorxutmuşdu. Bundan nəticə çıxararaq şirkət insan səsinin yeni alqoritmini təqdim edib. Bu texnologiya istifadəçilərə yardəm edəcək növbəti yeni avtomatlaşdırılmış əlaqə mərkəzləri üçün nəzərdə tutulmuşdur.

Google Contact Center AI xidməti Google Cloud Next 18 konfransı zamanı elan edilmişdir. Bu barədə Google şirkətini müvafiq bölməsinin mütəxəssisi doktor Fey Fey Li ətraflı izahat vermişdir. O insan nitqini asanlıqla anlayan və ona verilən suallara cəld cavab verən sistemi nümayiş etdirmişdir.

Sİ və insan arasında baş tutan dialoq kənardan adi söhbət kimi görünür. Bu isə o deməkdir ki, bundan sonra telefonda menyuları dəyişmək üçün “1” və “2” düymələrinə basmağa daha ehtiyac qalmayacaqdır.