loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

Süni intellekt səsini itirmiş radio aparıcıya səsi geri qaytardı

Süni intellekt sayəsində Şotlandiya texnologiya şirkəti Amerikalı jurnalist və radio aparıcısı Ceymi Duprein səsini bərpa edə bildi. Dupre, nadir bir nevroloji anormallıq səbəbiylə danışma qabiliyyətini itirmişdi. Bu gün artıq o efirə qayıda bilər.

Ceymi Dupre Vaşinqtonda jurnalist işləyir və yerli WSB Atlanta radiostansiyasında verilişlər aparır. 2016-cı ildə o səsini itirməyə başladı. Ona dil əzələlərinin distoniyasına diaqnozu qoyuldu. Bu xəstəlik nəticəsində insanlar öz dili üzərində nəzarəti itirirlər ki, bu da onların danışıq qabiliyyətlərinin tamamilə itirilməsi deməkdir.

Dupre radioda işləməkdən imtina etməyə məcbur oldu, amma karyerasını jurnalist kimi davam etdirdi. Təqribən iki il radioda işləmədi, lakin bu ay o, süni intellektin köməyilə yaradılan yeni bir səs ilə efirə qayıdacaq. Bu işdə ona Buna görə Cereproc şirkəti kömək etdi.

Bu şirkət 2006-cı ildən etibarən mətnlərin emalı ilə məşğul olur. O, fəaliyyəti dövründə danışma qabiliyyətini itirmiş 250 insan üçün səslər yaratmışdır. Duprenin səsini isə radioşoulardan əldə edərək onun bütün nüansları və xüsusiyyətlərini nəzərə alan şirkət, neyron şəbəkə hazırlayıb bu layihədə tətbiq etmişdir.

Cereproc şirkətinin məhsulu əvvəlcə müştərinin kompüterinə quraşdırılır, bundan sonra müştəri demək istədiyi hər şeyi çap yazaraq onu öz itirilmiş səsi ilə təkrar səsləndirə bilir.

Onu da qeyd etmək lazımdır ki, şirkət ümumiyyətlə danışmağı bacarmayan insanlar ilə də layihələr həyata keçirir. Onlar öz arzu etdikləri səsi əldə edə bilirlər. Bundan əlavə, şirkət vəfat etmiş məşhur insanların səslərini də canlandırmaq üçün həlllər təklif edir.