loading1
loading2

alt

Yazıdan mətnə

Əlyazmalar minlərlə il əqzində mükəmməl ünsiyyət və sənədləşmə vasitəsi olmuşdur, lakin son vaxtlar bu vasitə getdikcə klaviatura ilə əvəz edilmişdir. Bununla belə, bu alət dünyanın hər yerində əksər insanlar üçün insan fikrinin ən sadə və ən təsirli ötürülmə forması olaraq qalır.

Məlumatların ilkin emalı zamanı tez-tez informasiyanın elektron variantda deyil, əlyazma şəklində olması hallarına rast gəlinir. Buraya xüsusilə kompyuterlərin hələ geniş tətbiq olunmadığı dövrlərdə arxiv tipli materiallar daha çox aid edilir. Eyni zamanda da müasur dövrdə bir sıra qurumlara təqdim edilən məlumatlar da adətən əlyazma formasında olur. Belə informasiyanın oxunmasının artıq insanlardan çox neyron şəbəkələrə  həvalə edilməsi faktları artmaqdadır.

Neyron şəbəkələr çoxsaylı nümunələr əsasında öyrədilərək yazılmış informasıyanın çap alternativinin proqnozunu vermək qabiliyyətinə malikdirlər. Eləcə də bu prosesin tam əksini, yəni seçilmiş hər hansı bir şəxsin yazı xəttinin imitasiyası da süni intellekt üçün həlledilən tapşırıqlardan ola bilər.