loading1
loading2

bölmə

XƏBƏRLƏR

müəllif

neuronet
alt

İnsanla mübahisə edən süni intellekt yaradılıb

Hamıya məlumdur ki, həqiqətlər mübahisədən doğulur. Lakin bu zaman baş verir ki, tərəflər dialoqu boş söhbətlərə çevirmədən bir-birləinin arqumentləri ilə razılaşsınlar. Və əgər insanlar emosiyaların təsiri altına düşə bilirlərsə bu hiss maşınlara üçün yaddır. Maraqlı bir faktdər ki, bu yaxınlarda ABŞ-da San-Fransiskoda insan və maşın arasında ilk qarşıdurma baş vermişdir. Sonuncu, öz mövqeyini faktlara əsaslanaraq və müxtəlif arqumentlər gətirərək müdafiə etmişdir.

Yeni süni intellekt (Sİ) 2011-ci ildən IBM tərəfindən hazırlanmışdır və Project Debater adı ilə öz mahiyyətini əks etdirir. Maraqlıdır ki, son 5 il ərzində Project Debater yalnız digər süni intellektlərlə müzakirələrdə iştirak etmişdir, və yalnız 2016-cı ildə insanla debata qoşuldu. Layihə rəhbərlərindən və IBM Research şirkətinin bir üzvü olan Noam Slonimunn bildirdiyinə görə,

“Müzakirələr zamanı bir və ya bir mövzuya toxunulduqda, süni intellekt, elmi məqalələrin geniş massivini və kütləvi informasiya vasitələrinin məlumatlarını əsas tutaraq, sübut və arqumentlərin irəli sürülməsi üçün istifadə etmişdir”.

San Fransiskodakı müzakirələr zamanı İsrail rejissoru Dan Zafir süni intellektin (Sİ) rəqibi olmuşdur. Müzakirənin mövzusu belə idi: “Dövlətə kosmik kəşfiyyat və teletibb üçün subsidiyalar ayırmalıdırmı?” Project Debater, bir sıra mənbələrdən sitat gətirmişdirdir: BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) şeyxindən tutmuş Almaniya İqtisadiyyat Nazirliyinin rəsmi statistikasına qədər. Sİ həmçinin müzakirə olunan mövzu üzrə iş yerlərinin mövcudluğuna aid məsələləri də qaldırdı. Prosesi izləyən tamaşaçılar müzakirənin mərhələlərindın birində süni intellektin insana qalib gəldiyini etiraf etmişlər. Ancaq belə müzakirələr üçün Sİ hələ tam mükəmməl deyil. Məsələn, tanınmış şahidlərin sözlərinə görə, o bəzən tamamilə əlaqəsiz arqumentlər söyləmiş və mübahisə zamanı rəqibdən sitat gətirməmişdir.